- Baxış sayı: 18
- 03 Noyabr 2026 13:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, qadın futbolçular arasında UEFA çempionlar liqasının 1-ci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək
Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mgar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
Fəridə Lütfəliyeva “Flora” – “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.