- Baxış sayı: 37
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Son Avropa çempionatının və Amerika kubokunun qalibinin qarşılaşacağı “Finalissima” oyunu Qətərdə keçirilə bilər.
Allsport.az xəbər verir ki, FİFA bu matçı “Lusail” stadionunda təşkil etmək niyyətindədir.
Görüşdə İspaniya ilə Argentina milliləri üz-üzə gələcək.
Bundan əvvəlki “Finalissima” 2022-ci ildə Argentina və İtaliya arasında keçirilmişdi. Qarşılaşmanı Amerika çempionu 3:0 hesabı ilə qazanmışdı.