- Baxış sayı: 52
- 26 Sentyabr 2023 15:03
- Baxış sayı: 38
- Sentyabr 27, 2023
- 0
Allpsort.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində, Azərbaycan basketbol liqasının (ABL) pley of mərhələsində NTD və “Gəncə” komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.
İki əlavə vaxtın yaşandığı gərgin və prinsipial oyunun sonunda “Gəncə” basketbolçuları 106:103 hesablı qələbə qazanıblar. Bu qələbə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan “Gəncə” basketbolçuları finala vəsiqə qazanıblar.
Final seriyasında onların rəqibi “Sabah” kollektivi olacaq. Ən məhsuldar basketbolçular: NTD (Londel Kinq – 23 xal, 12 götürmə), “Gəncə” (Cared Smol – 21 xal, 8 götürmə)