Gəncə klubundan oruc tutanlara ehtiram

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Kəpəz”in Moldova “Daçiya”sı ilə oyununda azarkeşlər üçün bir sıra şərait yaradılıb. Allsport.az sayt; xəbər verir ki, bu oyunu izləməyə gələn və oruc tutanların iftarı üçün şərait yaradılacaq.

Oruc tutanlar “A” və “B” sektorlarında su və xurma ilə təmin olunacaq. Bundn əlavə, Mərdəkana yollanacaq azarkeşlərin rahat şəkildə geri qayıtmağını təmin etmək məqsədilə 141 saylı marşrut avtobusunun iş qrafiki uzadılıb.

Gəncə klubunun xahişi ilə 141 saylı marşrut xətti üzrə avtobuslar “Neftçilər” metrostansiyasının yanından Mərdəkan qəsəbəsinə gecə saat 23:00-na kimi işləyəcək.

Həmin kateqoriyadan