FOTO
Gənclər və idman nazirliyi KİV arasında güllə atıcılığı çempionatı keçirdi

Bu gün gənclər və idman nazirliyinin təşkilatçılığı ilə Bakı atıcılıq mərkəzində “5 mart bədən tərbiyəsi və idman günü” ilə bağlı jurnalistlər arasında yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, ümumilikdə, 40-a yaxın KİV nümayəndəsinin iştirak etdikləri çempionat gərgin mübarizə şəraitində keçib.

Nəticədə, “Xəzər” televiziyasının reportyoru Sənan Abduallayev 1-ci, “Azad Azərbaycan”dan Yaşar Müseyibov 2-ci və Azərtac.az-ın əməkdaşı Hümbət Məmmədov 3-cü yer tutublar. Qaliblər AGİN-in diplomları və pul mükafatı ilə təltif olunublar.

Həmin kateqoriyadan