Geryenin yeni klubu məlum oldu

“Qarabağ”dan ayrılan Donald Geryenin yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, haitili futbolçu karyerasını Kiprdə davam etdirəcək.

31 yaşlı cinah oyunçusu “Apollon”a keçib. Limassol təmsilçisi təcrübəli futbolçu ilə 2,5 illik razılığa gəldiyini açıqlayıb.

Gerye 2017-2019-cu illərdə “Qarabağ”da çıxış etdikdən sonra “Neftçi”yə keçmişdi. Cinah oyunçusu 2020-ci ilin yayında ağdamlılara qayıtmışdı.

Həmin kateqoriyadan