Göyxan Zanın çağırışına “Zenit”dən dəstək

“Zenit”, ilk gündən fəlakət bölgəsinə dəstək çağırışı edən keçmiş futbolçusu Göyxan Zanın səylərinə biganə qalmayıb.

Allsport.az xəbər verir ki, zəlzələdən zərərçəkənlərə Rusiya premyer liqası komandasından yardım gəlib. “Zenit” Antakyada zəlzələ bölgəsinə yollanan yardımı zəlzələ qurbanlarına paylanması üçün xataylı keçmiş futbolçu Göyxan Zana yollayıb. Bu əşyalar futbol topu, qış paltarı, beret və əlcəklərdir.

“Zenit” komandası yardımın çatdırılmasında verdiyi töhfəyə görə Zana təşəkkür edib və türk xalqına arzularını çatdırıb.

Gökhan Zan həmçinin, “Zəlzələ bölgəsindəki bütün uşaqlar bizdən futbol topları istədi. Zəlzələdən sağ çıxanlarımızı bir az da olsa, güldürdüyü üçün çağırışımıza biganə qalmayan “Zenit”ə təşəkkür edirik” deyib.

Həmin kateqoriyadan