FOTO
Karateçi-gözəlçə “Bavariya”nın ulduzuna heç fürsət verməyib. Onlara 1 otaq azlıq edir

Robert Levandovski karantin zamanı formasını itirmədi və bundesliqanın bərpa olunmasından sonra, ilk matçda bir qol vurdu. Allsport.az saytı xəbər verir ki, bu mövsüm hətta 15-ə yaxın qol vurmağı bacaran polşalı hücumçu karyerasında ən yaxşısı ola bilər. Ona yaxşı vəziyyətdə qalmasına həyat yoldaşı kömək edir.

Yeri gəlmişkən, gözəlçə özü də az olmayan rekordlar yazmağı bacarıb. Anna karate üzrə dünya və Avropa çempionudur. Levandovski ailəsinin bütün mükafatları və kuboklarını bir araya gətirsəniz, bütün otaq onlar üçün kifayət deyil.

Toydan sonra xanım özünü ailəyə həsr edərək, idman karyerasını başa vurub. Cütlük 2 gözəl qızı tərbiyə edir. Onlar tez-tez stadionda atasına dəstək olurlar. Karyerasını başa vuran Anya, gözəl bədən quruluşunu saxlamaq üçün idman zalından əl çəkməyib. Boş vaxtlarında Levandovskaya fitness məşqçisi kimi çalışır və İnstaqram səhifəsində düzgün qidalanma barədə danışır.

Həmin kateqoriyadan