Güllə atıcılarımız Polşada qızıl medal qazanıblar

Ruslan LunyovNigar Nəsirova Polşanın Belostok şəhərində güllə atıcılığı üzrə açıq turnirdə qızıl medal qazanıblar.

Allsport.az saytı xəbər verir ki, milli üzvləri 10 metr məsafəyə atəşaçmada iştirak ediblər. Adı ilk çəkilən idmançımız 584, xanım təmsilçimiz 578 xal toplayıblar.

Xatırladaq ki, Ruslan.Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçmada Tokio-2020 yay olimpiya oyunlarına vəsiqə qazanıb.

Həmin kateqoriyadan