Güllə atıcılığı üzrə Bakı birinciliyinin qalibləri

Bakı atıcılıq mərkəzində güllə atıcılığı üzrə paytaxt birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, 45 idmançının iştirak etdiyi pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada qızlar arasında Zeynəb Sultanlı (558 xal) 1-ci olub. Oğlanların mübarizəsində Vladislav Kalmıkov (566 xal) hamını üstələyib.

Pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçmada Nigar Ramazanova (578,9 xal) və Ramiz Xəlilov (616xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar baş idarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlarla mükafatlandırılıblar.

Həmin kateqoriyadan