“Həm taktiki cəhətdən, həm də əzmkarlıq baxımından geri qalmadıq”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Neftçi” ilə oyun (0:1) haqqında danışıb.

Allsport.az xəbər verir ki, Əsgərli söyləyib:

“Neftçi” ilə oyunlar xüsusi olur. “Neftçi” ölkəmizin flaqmanıdır. Azarkeşlərimiz də onları sevirlər. Xoşbəxtik ki, azarkeşlərimiz həftəsonu olduğuna görə stadiona gəldilər. Oyun maraqlı alındı. Əvvəldən də bilirdik ki, matç gərgin keçəcək. İstədiyimiz futbolu nümayiş etdirə bildik. Həm taktiki cəhətdən, həm də əzmkarlıq baxımından futbolçularımız geri qalmadılar. Təssüflər olsun ki, yenə də ani diqqətsizliyimiz qolla nəticələndi. “Neftçi”ni təbrik edirəm, uğurlar arzulayıram. Yolumuza davam edəcəyik”.

Həmin kateqoriyadan