Hafiz Məmmədov “Lans”ın gələn mövsüm büdcəsinə 25 milyon avro köçürür

“Lans”ın prezidenti Jerve Martel yenidən Azərbaycana gəlib. Allsport.az saytı xəbər verir ki, fransalı futbol adamı klubun sahibi Hafiz Məmmədovla görüşüb. O, daha 2 gün Bakıda qalacaq. Martelin səfərində məqsəd “Lans”ın gələn mövsüm üçün planlarını müzakirə etməkdir.

Sportinfo.az-ın məlumatına görə, artıq tərəflər bəzi məsələlərdə razılığa gəliblər. Azərbaycanlı iş adamı Liqa 1-də son həftələrini keçirən “qırmızı-sarılar”ın növbəti mövsüm üçün büdcəsini müəyyənləşdirib. Söhbət 25 milyon avrodan gedir. “Lans” bu büdcə ilə 2015/2016-ci il sezonunda Liqa 2-də çempion olmalı və elitaya dönməlidir.

Həmin kateqoriyadan