Hafiz Məmmədovun komandası məğlubiyyətlə üzləşdi

Fransanın ikinci liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar Yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə çıxış edən “Lans” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Evian”la qarşılaşıb. Matç “Azərbaycan klubu”nun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, Hafiz Məmmədovun sahibi olduğu “Lans” hazırda 10 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan