Hafiz Məmmədovun sahibi olduğu “Lans”dan 2-ci qələbə!

Fransanın ikinci liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar Yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə çıxış edən “Lans” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Soşo” ilə qarşılaşıb. Matç “Azərbaycan klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Lans”ın cari mövsümdəki ikinci qələbəsidir.

Xatırladaq ki, Hafiz Məmmədovun sahibi olduğu “Lans” hazırda 10 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan