İcraiyyə komitəsində nələr müzakirə olunacaq?

Xəbər verdiyimiz kimi, martın 7-də “Fairmont” hotelində AFFA-nın konfransı, ardınca isə icraiyyə komitəsinin iclası olacaq. Allsport.az saytı toplantıda müzakirə olunacaq məsələləri diqqətinizə çatdırır:

1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər
2. 2024-2028-ci illər üçün FİFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması
3. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi
4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi
5. AFFA-nın futbol veteranları üçün fərdi təqaüdləri haqqında əsasnaməsinin təsdiqi
6. Yoxlama və təftiş komitəsinin hesabatı

7. Birinci divizionda çıxış etmək üçün region liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi
8. Premyer liqa, birinci divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi.
9. Birinic divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi
10. 2023-24-cü illər mövsümündən etibarən birinci divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi
11. Azərbaycan futzal federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyinin məlumatı
12. Digər məsələlər.

Həmin kateqoriyadan