“Verdiyim sözü tutdum”

“Verdiyim sözü tutdum”

Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında Azərbaycan cüdoçusu İbrahim Talıbov (-55 kq) ölkəmizə ilk qızıl medalı qazandırıb.

Allsport.az xəbər verir ki, yarışdan sonra təəssüratlarını bölüşən çempion İbrahim Talıbov qələbə sevincinin sözlərlə ifadə olunmayacaq dərəcədə böyük olduğunu bildirib:

“Bu hissləri sözlə anlatmaq mümkün deyil, çox xoşbəxtəm. Verdiyim sözü tutdum, çox şükür ki, bayrağımızı yüksəklərə qaldıra bildim. Qələbəmdə əməyi olan hər kəsə — anama, atama və məşqçilərimə dərin minnətdarlığımı bildirirəm. Üstümdə əziyyətləri çox böyükdür. İndi isə yalnız istirahət etmək barədə düşünürəm”.

Dəkərdə keçirilən oyunlarda Azərbaycan yığması 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Yarışlar noyabrın 13-dək davam edəcək.

Həmin kateqoriyadan