“İlk hissədə küləyin istiqamətinin bizim tərəfdə olmasından lazımınca yararlandıq”

“Sumqayıt” premyer liqanın 15-ci turunda evdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bunu deyib:

 “İlk öncə, premyer liqanın 3-cü dövrəsinə qələbə ilə başlamaq istəyirdik. Rəqibimiz bundan əvvəl Azərbaycan kubokunda da qarşılaşdığımız, çempionatın baxımlı oyun sərgiləyən komandalarından biri olan “Səbail” idi.

Havanın küləkli olmasına baxmayaraq, olduqca maraqlı oyun alındı. İlk hissədə küləyin istiqaməti bizim tərəfimizdə olduğundan fasiləyə iki top üstünlüyü ilə yollandıq. Bunun məntiqi nəticəsi kimi daha ağıllı, daha tədbirli oynamağa başladıq.

Futbolçularım verilən tapşırıqları oyun ərzində uğurla icra etdilər. Qələbə münasibəti ilə komandamı və azarkeşlərimizi təbrik edirəm. “Səbail” klubuna və özümüzə gələcək oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan