- Baxış sayı: 146
- 08 May 2026 23:17
- Baxış sayı: 213
- May 08, 2026
- 0

“İmişli” heyətinə yeni futbolçu cəlb edib.
Allsport.az xəbər verir ki, bölgə təmsilçisi kolumbiyalı müdafiəçi Edvin Bangera ilə 2 illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu Portuqaliyanın II liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.
Sol cinah müdafiəçisi indiyədək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.