- Baxış sayı: 142
- 08 May 2026 23:17
- Baxış sayı: 210
- May 08, 2026
- 0

Gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi “Hakimlik mükəmməllik mərkəzi” (“Center of Refereeing Excellence”) proqramında ölkəmizi AFFA hakimlər departamentinin rəhbəri, mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil ediblər.
Allsport.az saytı xəbər verir ki, proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıqdan sonrakı imtahanlarında iştirak edib.
Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, prosesindən keçiblər. İmtahanlarda uğurlu nəticə göstərən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.