İspaniyadan 6 cavabsız qol

Bu gün Avro 2024-ün seçmə mərhələsində 6-cı tura yekun vurulub. Allsport.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.

“A” qrupunda İspaniya yığması Kiprlə üz-üzə gəlib və darmadağına sevinib. Norveç yığması isə Gürcüstan seçməsini məğlub yola salıb.

“C” qrupunda İtaliya millisi bu dəfə Ukrayna yığmasını sınağa çəkib və çətin qələbəyə sevinib. 

Azərbaycan millisinin yer aldığı “F” qrupunda Belçika yığması Estoniyanı, İsveç isə Avstriyanı sınağa çəkib. Belçikalılar evdə darmadağına, avstriyalılar isə səfərdə inamlı qələbəyə seviniblər.

AÇ-2024, seçmə mərhələ
6-cı tur

12 sentyabr

A” qrupu

İspaniya – Kipr 6:0
Qollar: Qavi, 18. Merino, 33. Xoselu, 70. F.Torres, 73; 83. Baena, 77.

Norveç – Gürcüstan 2:1
Qollar: Haland, 25. Edeqor, 33 – Zivzivadze, 90+1.

Xal: Şotlandiya – 15. İspaniya – 9. Norveç – 7. Gürcüstan – 4. Kipr – 0.

C” qrupu

İtaliya – Ukrayna 2:1
Qollar: Frattezi, 12; 29 – Yarmolenko, 41.

Malta – Şimali Makedoniya 0:2
Qollar: Elmas, 5. Manev, 41.

Xal: İngiltərə – 13. İtaliya – 7. Ukrayna – 7. Şimali Makedoniya – 7. Malta – 4.

F” qrupu

Belçika – Estoniya 5:0
Qollar: Vertongen, 4. Trossard, 18. Lukaku, 56; 58. De Ketelare, 88.

İsveç – Avstriya 1:3
Qollar: Holm, 90 – Qreqoriç, 53. Arnautoviç, 56; 69.

Xal: Belçika – 13. Avstriya – 13. İsveç – 6. Estoniya – 1. Azərbaycan – 1.

İ” qrupu

İsrail – Belarus 1:0
Qol: Kaniçovski, 90+3.

Rumıniya – Kosovo 2:0
Qollar: Stançu, 83. Mihayla, 90+3.

İsveçrə – Andorra 3:0
Qollar: İtten, 49. Caka, 84. Şakiri, 90+3-pen.

Xal: İsveçrə – 14. Rumıniya – 12. İsrail – 11. Belarus – 4. Kosovo – 4. Andorra – 2.

Həmin kateqoriyadan