“Davamlı inkişafı aydın şəkildə nümayiş etdirir”

“Davamlı inkişafı aydın şəkildə nümayiş etdirir”

Formula-1 və Beynəlxalq avtomobil federasiyası (FİA) Ümumdünya avtoidman şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək dünya çempionatının təqvimini açıqlayıb. Allsport.az xəbər verir ki, FİA-nın prezidenti Məhəmməd ben Sulayem bununla bağlı açıqlama verib:

“2027-ci il FİA Formula-1 üzrə dünya çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 qran prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.

Formula-1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FİA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FİA Formula-1 üzrə dünya çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik”.

Həmin kateqoriyadan