“O, soyuqqanlı qatildir”

“O, soyuqqanlı qatildir”

UFC prezidenti Dana Uayt təşkilatın iki çəki dərəcəsində keçmiş çempionu Con Consu yüksək qiymətləndirib.

Allsport.az xəbər verir ki, təşkilat rəhbəri 39 yaşlı amerikalını qarşılaşdığı ən sərt döyüşçülərdən biri adlandırıb:

“Con Cons bu planetdə gəzmiş ən sərt adamdır. O, başqadır, soyuqqanlı qatildir. Bunu deyəndə insanlar məni həmişə ələ salırlar. Bu oğlan tünd xarakterlidir”.

UFC prezidentinin sözlərinə görə, Consun görkəmli keyfiyyətləri onun təbii fiziki məlumatları ilə də bağlıdır: “Con, açıq-aydın, fiziki cəhətdən istedadlıdır. O, atletik cəhətdən qeyri-adi ailədəndir. Onun iki qardaşı da peşəkar futbolçudur”.

O, həmçinin Consun UFC-nin keçmiş çempionu Daniel Kormye ilə məşhur münaqişəsini xatırladıb. Söhbətlərin birində Kormye rəqibinin üzünə tüpürməklə hədələyib, Cons isə ona ölümlə hədələməklə cavab verib: “Sən Cona və onun dediklərinə inanmaya bilməzsən. Bu oğlan əsl soyuqqanlı qatildir”.

Həmin kateqoriyadan