- Baxış sayı: 21
- 17 Sentyabr 2026 10:55
- Baxış sayı: 94
- Sentyabr 16, 2026
- 0

“Mançester Yunayted” İngiltərə liqa kubokunda “Brayton”a uduzaraq (2:3) turnirlə vidalaşıb.
Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Maykl Kerrik məğlubiyyəti belə şərh edib:
“Məsuliyyət məndədir. Qələbə qazananda yaxşı işlər gördüyümü deyirdilərsə, uğursuzluqda da məndən danışmaqları normaldır. Vəziyyəti başa düşürəm və qaçmıram. Toparlanmağa çalışacağıq”.
“Mançester Yunayted” premyer liqaya da uğursuz start verib. Komanda 4 turdan sonra 4 xalla 13-cü sıradadır.