- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

“İnter”in sabiq prezidenti Massimo Moratti 2012-ci ildə Lionel Messini “Barselona”dan transfer etməyə çalışdığını açıqlayıb.
Allsport.az xəbər verir ki, Moratti argentinalı ulduz futbolçu üçün 500 milyon avro təklif etdiyini bildirib:
“Mən Messiyə dəli bir təklif etdim – 500 milyon avro. O zaman bu məbləğ ağılsızlıq kimi görünürdü. Mən vitse-prezidentimi danışıqlar aparmaq üçün Barselonaya göndərdim. Lakin Messi təklifi geri çevirdi və onun təfərrüatlarını öyrənmək belə istəmədi. O, detalları bilmədən imtina etdi. Çünki özünü bütün karyerası ərzində heç bir kluba satılmayacaq futbolçu hesab edirdi”.