- Baxış sayı: 103
- 16 Sentyabr 2026 15:59
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

Formula-1 və Beynəlxalq avtomobil federasiyası (FİA), Ümumdünya avtoidman şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək dünya çempionatının təqvimini açıqlayıb. Allsport.az xəbər verir ki, Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali durumla bağlı fikrini bölüşüb:
“2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula-1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır. Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula-1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.
Formula-1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm – gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır.
Həmçinin, FİA prezidenti Məhəmməd ben Sulayemə və FİA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir qran prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim”.