“Real”ın 3 futbolçusu siyasi qalmaqalın mərkəzində

“Real”ın 3 futbolçusu siyasi qalmaqalın mərkəzində

“Real”ın üç futbolçusu La liqanın 6-cı turunun “Elçe” ilə matçından əvvəl siyasi müzakirələrin mərkəzində düşüb.

Allsport.az xəbər verir ki, söhbət Kilian Mbappe, Vinisius Junior və İbrahima Konatedən gedir.

​Matç başlamazdan əvvəl “Real”ın futbolçuları son vaxtlar Mərakeşdən miqrant axını ilə üzləşən İspaniyanın Seuta şəhərinin sakinlərini dəstəkləyən yazının əks olunduğu geyimlərlə meydana çıxıblar. Mbappe, Vinisius və Konate həmin köynəkləri elə geyiniblər ki, üzərindəki yazı tam görünməyib. Bundan sonra onlar start fitindən əvvəl həmin geyimləri ilk çıxaranlar olublar.

​Bu addım futbolçuların qeyri-qanuni miqrasiya probleminə münasibəti ilə bağlı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə oyunçuların ünvanına qeyri-qanuni miqrasiyanı dəstəklədiklərinə dair ittihamlar səslənib.

Son günlər Seuta şəhərinə 70 minə yaxın mərakeşli miqrant axın edib.

Həmin kateqoriyadan