Millidən kənarda qaldı

Millidən kənarda qaldı

“Çelsi”nin futbolçusu Joao Pedro zədə səbəbindən Braziliya millisinin qarşıdakı yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək.

Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçunun adı milli komandanın heyət siyahısından çıxarılıb.

Onun əvəzinə baş məşqçi Karlo Ançelotti “Fluminense”nin yarımmüdafiəçisi Martinellini heyətə dəvət edib. Bu, futbolçunun əsas milli komandaya ilk çağırışıdır.

Joao Pedronun zədəsinin xarakteri açıqlanmayıb.

Braziliya millisi sentyabrın 25-də və 29-da Avstraliya, oktyabrın 3-də isə Hindistanla qarşılaşacaq.

Joao Pedro may ayında yığmanın 2026-cı il dünya çempionatı üçün yekun heyətinə də düşməyib.

24 yaşlı hücumçu avqust ayının nəticələrinə əsasən İngiltərə premyer liqasının ən yaxşı oyunçusu seçilib. O, İngiltərə çempionatının ilk iki matçında 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan