Bakıda Malayziyanın milli günü münasibətilə rəsmi qəbul

Bakıda Malayziyanın milli günü münasibətilə rəsmi qəbul

Sentyabrın 15-də Malayziyanın milli günü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.

Allsport.az xəbər verir ki, tədbirdə əvvəlcə Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aznifah İsnariah binti Abdul Qani çıxış edərək qonaqları salamlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanla Malayziya arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Nazir gənclər və idman sahələrində əməkdaşlığın da artan dinamika ilə davam etdiyini vurğulayıb.

Tədbir bədii proqramla davam edib.

Həmin kateqoriyadan