London klubunda qaldı

London klubunda qaldı

İngiltərə milli komandasının və “Kristal Pelas”ın qolkiperi Din Henderson klubu ilə uzunmüddətli yeni müqaviləyə imza atıb.

Allsport.az xəbər verir ki, 27 yaşlı qapıçı ilə imzalanan yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədər uzadılıb.

“Mançester Yunayted”in yetirməsi olan Henderson davamlı oyun təcrübəsi qazanmaq üçün 2023-cü ildə 15 milyon funt-sterlinq qarşılığında London təmsilçisinə transfer olunmuşdu.

Həmin kateqoriyadan