Yığmadakı karyerasına son qoydu

Yığmadakı karyerasına son qoydu

“Nitsa”nın 37 yaşlı yarımmüdafiəçisi Aksel Vitsel Belçika millisində karyerasını başa vurduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, futbolçu 2023-cü ildə də milli komandadan ayrıldığını açıqlamışdı, lakin sonradan beynəlxalq turnirlərdə yenidən çıxış etməyə başladı.

Vitsel 2026-cı il dünya çempionatında iki matçda meydana çıxıb.

Aksel 2008-ci ildən Belçika millisində çıxış edirdi. Onun hesabında 140 oyun və 12 qol var. Dortmund “Borussiya”sının sabiq futbolçusu Belçika millisində keçirdiyi oyunların sayına görə ikinci yerdədir, həmçinin dünya çempionatında ölkəsini təmsil edən ən yaşlı futbolçudur. O, 2018-ci il dünya çempionatında milli komanda ilə bürünc medal qazanıb.

Həmin kateqoriyadan