ABŞ-dəki turnirdə qalib olub

ABŞ-dəki turnirdə qalib olub

Rusiyanın fiqurlu konkisürənləri Aleksandra Boykova və Dmitri Kozlovski ABŞ-də keçirilən “Challenger” seriyalı turnirdə qızıl medal qazanıblar.

Allsport.az xəbər verir ki, rusiyalı cütlük iki proqramın yekununda 198,66 xal toplayaraq birinci olub.

İkinci yeri Audrey Şin və Spenser Akira Hou, üçüncü pilləni isə Keti Makbet və Balaş Naqi tutublar.

Boykova/Kozlovski bir həftə ərzində ikinci “Challenger” turnirində iştirak ediblər. Onlar bundan əvvəl Yaponiyada keçirilən “Kinoshita cup”da da qalib gəlmişdilər.

Həmin kateqoriyadan