- Baxış sayı: 54
- 15 Sentyabr 2026 10:00
- Baxış sayı: 94
- Sentyabr 16, 2026
- 0

UFC-nin sabiq çempionu İlia Topuriya döyüşlərə qayıdış hazırlığından danışıb.
Allsport.az xəbər verir ki, 2026-cı ilin yayında Topuriya Ağ Evdə keçirilən turnirdə Castin Qeyciyə uduzub. O, həmin qarşılaşmada üz nahiyəsindən ciddi zədələr alıb.
Gürcü əsilli ispaniyalı döyüşçü sosial şəbəkə hesabında son tibbi müayinələrdən keçdiyini və oktqona qayıtmağa hazırlaşdığını bildirib:
“Yekun tibbi testlərdən keçdim. Geri qayıdıram. Məni silən bütün təlxəklərə müraciət edirəm – mən hələ də buradayam. Gəlin görək kimin cəsarəti çatır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm.
Növbəti dəfə Castinin əlcəklərini yoxlamaq lazım olacaq ki, içərisinə qəribə bir şey qoymasın. Tezliklə görüşərik.
Yeri gəlmişkən, daha bir şey. Castin, rədd ol. Sən də, Əli [Əbdül-Əziz], rədd ol”.
Topuriya UFC-də yüngül çəki dərəcəsində keçmiş çempiondur.