- Baxış sayı: 31
- 16 Sentyabr 2026 11:02
- Baxış sayı: 238
- Sentyabr 15, 2026
- 0

“Atletiko Nasional”ın yarımmüdafiəçisi Xames Rodriqes Kolumbiya millisində karyerasını başa vurduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:
“Vaxt gəldi. Birlikdə keçirdiyimiz hər oyun, hər sevinc, hər göz yaşı və hər arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq mənim üçün ən böyük şərəf idi. Təşəkkürlər, Kolumbiya. Əbədi”.
Xames Rodriqes Kolumbiya millisinin heyətində ümumilikdə 131 oyun keçirib və 31 qol vurub. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının ən yaxşı bombardiri olub və turnirdə 6 qol vurub. Rodriges üçün milli komandada sonuncu turnir 2026-cı il dünya çempionatı olub. Kolumbiya həmin turnirdə 1/8 finala qədər irəliləyib, lakin penaltilər seriyasında İsveçrəyə məğlub olub.