- Baxış sayı: 91
- 10 Sentyabr 2026 19:52
- Baxış sayı: 94
- Sentyabr 16, 2026
- 0

“Karolina”nın hücumçusu və kapitanı Jordan Stal komandada daha bir mövsüm keçirəcək.
Allsport.az xəbər verir ki, tərəflər 38 yaşlı xokkeyçi ilə müqaviləni bir il müddətinə uzadıblar.
Yeni anlaşmaya əsasən Stalın maaşı 4,9 milyon ABŞ dolları olacaq. Bu məbləğin 900 min dolları baza maaşı, 4 milyon dolları isə imza bonusudur. Müqavilədə həmçinin 5,1 milyon dollar həcmində bonuslar nəzərdə tutulub.
Stal ötən mövsüm NHL-in müntəzəm çempionatında 75 oyunda 36 (20+16) xal toplayıb. Pley-offda 19 matç keçirən hücumçu 12 (8+4) xal əldə edib. “Karolina” mövsümün sonunda Stenli kubokunu qazanıb.
Jordan Stal 2006-cı il NHL draftında “Pitsburq” tərəfindən ikinci sıradan seçilib. 2012-ci ildə “Karolina”ya keçən hokkeyçi NHL-də ümumilikdə 1403 müntəzəm çempionat matçında 747 (318+429) xal toplayıb. Pley-offda isə 181 oyunda 85 (46+39) xal əldə edib.
Növbəti mövsüm Stalın 2,92 milyon dollar “salary cap” yükü olan dördillik müqaviləsinin son ili olacaq.