- Baxış sayı: 22
- 16 Sentyabr 2026 23:14
- Baxış sayı: 77
- Sentyabr 16, 2026
- 0

İspaniya kral futbol federasiyası (RFEF) milli komandanın baş məşqçisi Lüis de la Fuente ilə yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, tərəflər arasında imzalanan yeni sözləşmənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
65 yaşlı mütəxəssisin əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.
Lüis de la Fuente 2022-ci ildən İspaniya milli komandasına rəhbərlik edir. Onun idarəçiliyi altında “qırmızılar” DÇ-2026-nın qalibi olub, Avro-2024-ün qızıl medallarını qazanıb və 2022/23 mövsümündə UEFA millətlər liqasında zəfər çalıb.
Təcrübəli çalışdırıcının rəhbərliyi ilə İspaniya yığması keçirdiyi 49 matçda 39 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və yalnız 3 görüşdə məğlubiyyətlə üzləşib.
De la Fuente 2013–2018-ci illərdə İspaniyanın U-19, 2018–2022-ci illərdə isə U-21 milli komandalarına rəhbərlik edib.