“Sıfırı bir etdim” filmi təqdim edilib

“Sıfırı bir etdim” filmi təqdim edilib

Everest zirvəsinə qalxmış azərbaycanlı alpinist Vəfa Musayeva haqqında çəkilmiş “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib.

Allsport.az xəbər verir ki, təqdimat “Gənclik mall” ticarət mərkəzində yerləşən “Cinemaplus” kinoteatrında baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Daha sonra sənədli filmin nümayişi keçirilib.

Filmdə Vəfa Musayevanın həyatından, alpinizm fəaliyyətindən və Everest zirvəsini fəth etməsindən bəhs olunub.

Nümayişdən sonra Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan alpinizm federasiyası idarə heyətinin üzvü Çingiz Tağızadə, filmin ssenaristi və rejissoru Rüstəm Babazadə çıxış ediblər.

Sonda Vəfa Musayeva filmin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə gənclər və idman nazirliyinə, eləcə də əməyi olan şəxslərə və çəkiliş qrupuna təşəkkürünü bildirib.

Həmin kateqoriyadan