- Baxış sayı: 42
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
İspaniya La Liqasında 5-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Levante” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu dəfə heç-heçəyə imza atıb – 2:2. İsrafilov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Eybar” hazırda 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.