İtaliya millisinin baş məşqçisi: “Çalışacağıq ki, sabah sensasiya olmasın”

“Sabah bizim üçün çətin oyun olacaq. Xorvatiya və Norveçlə heç-heçə və Malta üzərində qələbə Azərbaycanın futbol üzrə yığma komandasının güclü kollektiv olmasının göstəricisidir. Yeni baş məşqçinin gəlişindən sonra komanda daha da güclənib. Amma bizim məqsədimiz qələbə qazanmaqdır. Ümid edirik ki, Avropa çempionatının final mərhələsinə vəsiqə məsələsini sabah həll edəcəyik”.

Allsport. az saytı xəbər verir ki, bu sözü futbol üzrə İtaliya millisinin baş məşqçisi Antonio Konte Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, bildirib ki, Andrea Pirlonun məşq zamanı zədə alması bizim üçün xoşagəlməz hadisə oldu:

“Sabah Pirlo oynamayacaq. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək. İstənilən taktika üzrə oynaya bilən güclü futbolçularımız var və onların hazırlığından razıyam. Rəqiblə matçda qələbə qazanmağa çalışacağıq. Amma bilirik ki, bu, asan olmayacaq. Yeni stadiondur, azarkeşlərin də sayı çox olacaq. Azərbaycan millisi bu stadionda ilk oyununu keçirəcək. Rəqibə hörmətlə yanaşırıq. Çalışacağıq ki, sabah sensasiya olmasın”.

Həmin kateqoriyadan