“Kəlbəcərin işğalçılardan azad olunması münasibəti ilə birinci Rəşad Sadıqovu təbrik edirəm”

Sabah “Qarabağ” qitə liqasının “İ” qrupunun 4-cü turunda İstanbulda “Sivasspor”la üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, İstanbulda “Başağşəhər Fateh Tərim” stadionunda keçirilmiş mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söyləyib:

“Hər iki komanda üçün vacib oyundur. Bizim xalımız yoxdur, çox istərdik ki, qalib gələk. Amma biz “Sivasspor”un gücünü ilk oyunda gördük. Bu oyuna daha yaxşı hazırlaşmışıq. Sadəcə əlimizdə futbolçuların sayı azdır, bir neçə futbolçum bu oyunda iştirak edə bilməyəcək. Hər halda çalışmalıyıq ki, yaxşı oyun oynayaq və qalib gələk.

Futbolçularıma güvənirəm. Neçə illər “Qarabağ”ın və milli komandamızın kapitanı olmuş Rəşad Sadıqov kəlbəcərlidir. Bu məsələyə mütləq toxunmalıyam. Kəlbəcərin işğalçılardan azad olunması münasibəti ilə ilk olaraq onu təbrik edirəm.

Onun bu gün nə qədər sevincli olduğunu bilirəm. İstəyərdim Rəşadın yanında olum və onu ürəkdən qucaqlayım. Bütün kəlbəcərliləri və Azərbaycan xalqını bu günə görə təbrik edirəm”.

Həmin kateqoriyadan