- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Real Madrid”in kapitanı Dani Karvahalın durumu müəyyənləşib.
Allsport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi la liqanın 7-ci turunda “Atletiko Madrid”ə 2:5 hesabı ilə uduzduqları oyunda zədələnib. O, 59-cu dəqiqədə Franko Mastantuono ilə əvəzlənib.
Karvahala sağ ayağının alt əzələsinin yırtılması diaqnozu qoyulub. Onun təxminən dörd həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.