- Baxış sayı: 38
- 24 İyun 2026 17:37
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Rusiya millisinin heyətində dünya çempionatının 1/4 finalçısıolan Mario Fernandes peşəkar futboldan ayrılıb. Allsport.az xəbər verir ki, Fernandes bunu həyat yoldaşının instaqram səhifəsində açıqlayıb.
“Bu gün peşəkar futbolçu karyeramı rəsmən başa vururam”, – onun yazısında deyilir.
Fernandesin 35 yaşı var. Onun son klubu 2023/24 mövsümündə çıxış etdiyi Sankt-Peterburq “Zenit”i olub. 2012-ci ildən 2022-ci ilə qədər Fernandes Moskvanın MOİK klubunda çıxış edib və burada üç Rusiya çempionluğu, üç Rusiya superkuboku və bir Rusiya kubokunun qalibi olub.