- Baxış sayı: 6
- 24 İyun 2026 16:20
- Baxış sayı: 78
- İyun 23, 2026
- 0

Avropa liqasının I təsinfat mərhələsində keçiriləcək “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya) matçının hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, qarşılaşmanı qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Ərman İsmuradov olacaq. Ona Sergey Vassyutin və Səməd Terqeussizov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zandos Abzan yerinə yetirəcək.
Avqustun 27-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək qarşılaşmanın start fiti 20:00-da səslənəcək.