“Kişi kimi oynayıb, sürpriz etməyə çalışacağıq”

“Qarabağ”ın çempionlar liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Sileks” klubunun direktoru Draqan İvanov püşkü dəyərləndirib. Allsport.az “Sportmedia” nəşrinə istinadla xəbər verir ki, o, “Qarabağ”ı təəccübləndirmək istədiklərini deyib:

“Kim düşsəydi, bizə qarşı favorit olacaqdı, bu, bir gerçəkdir. “Qarabağ”ı təəccübləndirməyə çalışacağıq, səfərdə oynayacağıq, amma kimsə nəsə edə biləcəyimizə dair ümidimizi ala bilməz. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Kişi kimi oynayacağıq və bu oyunda Makedoniyanı qürurla təmsil edib, sürpriz etməyə çalışacağıq. Ancaq bu gün çempionatda keçirəcəyimiz “Belasitsa” ilə matç ön plandadır, daha sonra “Qarabağ”ı düşüənəcəyik”.

Həmin kateqoriyadan