KİV arasında atıcılıq turniri

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə KİV arasında VII atıcılıq turniri keçirəcək. Allsport.az saytı xəbər verir ki, yarışın məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində medianın rolunun artırılmasıdır.

Tədbir mayın 7-də “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Sabunçu rayonundakı filialında keçiriləcək. Yarışda heyətində 2 nəfərin yer aldığı komandalar iştirak edə bilərlər. 2 mərhələ üzrə fərqlənənlər kubok və diplomla mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan