- Baxış sayı: 44
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Leypsiq” Nigeriyanın gənc istedadı Suleyman Sanini heyətinə qatıb.
Allsport.az xəbər verir ki, Slovakiyanın “Trençin” klubundan transfer edilən 19 yaşlı vingerlə 2031-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Almaniya mətbuatının məlumatına görə, transferin məbləği 5 milyon avro təşkil edir və əlavə 1 milyon avro nəzərdə tutulub. “Trençin”də 40 oyuna 5 qol vuran Sani yeni klubunda 18 nömrəli köynəyi geyinəcək.