Məşhur gimnast karyerasını 20 yaşında bitirdi – FOTO

2020-ci il Tokio olimpiadasında iştirak etmiş rusiyalı gimnast Yelena Gerasimova 20 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, o, gələcəkdə yalnız tələbə yarışlarında iştirak etməyi planlaşdırdığını bildirib.

Gerasimova son illərdəki zədələr və davamlı ağrılar nəticəsində milli komandanın yükünü daşımaqda çətinlik çəkdiyini deyib: “Artıq davam edə bilmədiyimi hiss etdim”.

Rusiya yığmasının baş məşqçisi Valentina Rodionenko Gerasimovanın qərarını hörmətlə qarşıladığını və onun gələcəkdə gənclər yığmasında məşqçi kimi fəaliyyət göstərə biləcəyini açıqlayıb.

Gerasimova hazırda məşhur gimnast Anton Golotsukovun gimnastika mərkəzində məşqçi kimi fəaliyyət göstərir.

Yelena Gerasimova 2024-cü ilin martında keçirilən Rusiya çempionatında gümüş medal qazanıb. O, həmçinin ikiqat dünya çempionudur.

Həmin kateqoriyadan