“Məğlub olsaydıq, hansı duruma düşəcəkdik, sonra ordan çıxa biləcəkdik, çox suallar var idi”

“Sumqayıt” premyer liqanın 25-ci turunda səfərdə “Səbail”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov qələbəyə belə şərh verib:

“Bu oyunda üç xal çox önəmli idi. Məğlub olsaydıq, hansı duruma düşəcəkdik, sonra ordan çıxa biləcəkdik, çox suallar var idi. Komandamda istək görünürdü. İki komanda da, eyni vəziyyətdə matça çıxdı, aşağı-yuxarı eyni oyun göstərdik.

Lazım olan mübarizə, istək idi. Deyirlər ki, bu cür oyunda hansı komanda qol vursa, qalib gəlir. Belə də, oldu. Penalti futbolçuların göstərdiyi mübarizənin hədiyyəsi idi. Onlara təşəkkür edirəm. Futbolçular sağolsun, verdikləri sözü tutdular”.

Həmin kateqoriyadan