- Baxış sayı: 30
- 09 Avqust 2026 13:24
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

Argentina millisinin sabiq yarımmüdafiəçisi Erik Lamela 33 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Allsportaz xəbər verir ki, onun son klubu AEK Afina olub.
Cinah oyunçusu ötən mövsüm 31 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. İndi Lamela İspaniyanın “Sevilya”sında argentinalı Matias Almeydanın məşqçilər korpusuna qoşulacaq. Yeri gəlmişkən, Erik də Əndəlus klubunda – 2021-ci ildən 2024-cü ilə kimi çıxış edib.
Lamela karyerası ərzində AEK və “Sevilya”dan başqa “River Pleyt”, “Roma” və “Tottenhem”də çıxış edib.
“Sevilya” ilə Erik 2023-cü ildə Avropa liqasının qalibi olub. Argentina millisində 25 oyun keçirib və 3 qol vurub.