- Baxış sayı: 45
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Atletiko Madrid” Amerika şirkətinə satılmağa yaxındır.
Allsport.az xəbər verir ki, Madrid təmsilçisinin sahibləri klubun nəzarət paketini satmaq üçün “Apollo Global Management” ilə danışıqlar aparır.
Klubun səhmləri Miqel Anxel Gil Marin, sədr Enrike Kereso və investisiya fondu “Ares Management”ə məxsusdur.
Bu üç investor “Atletico Holco” vasitəsilə klubun səhmlərinin təxminən 70%-nə sahibdir.
Müqavilənin dəyəri 2,5 milyard avro ola bilər.