- Baxış sayı: 30
- 09 Avqust 2026 13:24
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms Makatinin karyerasını İngiltərə klubunda davam etdirməsi ehtimalı var.
Allsport.az xəbər verir ki, “şəhərlilər” 22 yaşlı futbolçunu “Nottingem Forest”ə 22 milyon funt sterlinqə satmağa razılaşıblar. Ceymsin özü yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.
Makati ötən mövsüm 27 matçda 7 qol vurub.